“Söz”
layihəsində şeir gecəsi
Aprelin 17-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” adlı ədəbi-bədii layihənin növbəti tədbiri keçirilib. Sayca 7-ci tədbir Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsinə həsr edilib.
Tədbirdə gənc yazarlar Emin Piri, Aysel Fikrət, Ələmdar Cabbarlı, Alik Əlioğlu, Rəbiqə Nazimqızı, Fərid Hüseyn, Saleh Səbat vətənpərvərlik mövzusunda şeirlər oxuyub. “Savalan” qrupunun ifasında vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.
Qeyd edək ki,
Nigar Həsənzadənin rəhbəri olduğu layihənin məqsədi cəmiyyətdə
ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara
marağın və diqqətin artırılması, yeni istedadlı yazarların üzə
çıxarılmasıdır.
Mədəniyyət.- 2016.- 20
aprel.- S. 4.