“Əbdül” həlimliyi, “Kələntər” zalimliyi...

 

Səhnə və ekranda bütünnöv” rolları “əla növ” oynamış İsmayıl Osmanlı

 

Rolları yaxşı oynamaq, yaddaqalan obrazlar yaratmaq aktyorluğun peşə borcudur. Əks təqdirdə, o özü də məkan (səhnə-salon) fərqi ilə - adicə tamaşaçıdır.

Amma salondakılardan tam fərqlənmək də hələ hər şey demək deyil. Bu işdə əsas məsələ səhnədəki fərqlilər içərisində fərqlənməkdədir. İş-peşələri xarakter yaratmaq olanlar arasında seçilmək məsələsi isə əsl “inteqralçı”lıqdır ki, İsmayıl Osmanlı bütün şəxsi-təbii və “süni”-bədii xarakter yaradıcılığıyla buna nail olmuşlardandır.

 

İsmayıl Osmanlı böyük sənət ailə-aləmində təkrarsız (mənfi ya müsbət) əmi, dayı, qağa olub. Bənzərsiz məşədi, hacı, şeyx rolları oynayıb. Milli mesenat (H.Z.Tağıyev), dahi filosof (Nəimi), dahiyanə avam (Novruzəli) obrazları yaradıb. Saysız-hesabsız “bihesab” adamları gülünc günlərə qoyub, həyati məzə-gəvəzə tipləri bədii-ictimai qınaq tipajlarına çevirib: Mirzə Qərənfil, Xəlil, Mirzə Heydərqulu, Şəkinski, Keçəl Aslan, Kefli Bəşir və sair. Neçə-neçə əcnəbi “don”larına girib: Aleksandrov (“Canlı meyit”), Baş senator (“Otello”), Tixon (“Tufan”), İsidor Cakeli (“Darıxma, ana!”), Gilderstern (“Hamlet”) və ilaxır...

“Hamını bəzər”lə başlayan -

 

Bir məsəl var...

 

Yox, yüzlərlə özgə obraz-adamları al-əlvan xarakterik cizgilərlə bəzəmiş bu sənətkarın özü də şan-şöhrətdən xali deyildi. Xatırlayaq, baxaq görək bütün ədəbi-dram əsərlərindəki hansı bədii və ya dramatik obraz bu həmişəyaşar real qəhrəmanımızdan daha canlı, daha bütöv, əhatəli, universaldır. Bu adam lap cavanlığında, bu aktyor lap ilk rollarında belə, çöhrəsindən tutmuş bütün mənəvi-psixoloji sifətlərinə, hərəkətlərinə, oturuş-duruşuna, təbəssümünədək təsəvvür-təsvirlərimizin imkanı yetdiyi qədər ən qədim və ən müasir Azərbaycan kişilərinin ümumiləşdirilmiş obrazı idi.

Tarixən varlı-hallı, qızıllı-gümüşlü Şəkidə maddi cəhətdən ən kasıb ailədə doğulsa da, iyirmi yaşından canlı aləmin mənən ən zəngin sahəsinə - sənət dünyasına düşüb. On bir yaşında “yetimlik divinin əlinə keçib” (Ə.Xaqani), mükəmməl təhsil ala bilməsə də, dükan-bazar yükçülüyündə, Şəki ipək fabrikində, hətta dabbaqxanada işləməli olsa da, bunlar onun həyatın hər üzünü görməsində, dünyanın bütün mənfiliklərinin “dabbaqda gönünə bələd” olmasında mühüm rol oynayıb.

Məğzi böyük çətinlik, qabar-qübarlı məşəqqətlərdən ibarət olan bu ilkin tale yazısıyla o, 1920-ci ildə rayonda yeni fəaliyyətə başlamış “Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılır və bununla da, bütün ömrünü həsr edəcəyi sənət sahəsində yeni bir tərcümeyi-halın bünövrəsini qoyur. Təbiətən şux olması, hər hərəkətindən məzə, hər söz-həkətindən yoz yağması, duzlu-məzəli Şəki lətifələrini teatral bir şəbehlə söyləməsi onun sədasını bölgədən uzaqlara da yayır. Yüz ildə bir” deyiminə xas nadirlik arşını ilə ölçülən qabiliyyət, istedad vergisi təqvim aylarını, illərini qabaqlayır. 1922-ci ildə Gəncəyə köçüb, buradakı teatrda çalışan İsmayılı altı il sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət edirlər. Orada yerini bərkidib, anadilli sənət ocağını daha gur alovlandırmaq arzusuyla çalışan sənətkar bu istəyinə nail olmaq ərəfəsində Bakıya çağırılır. 1929-cu ilin sonlarında Azərbaycan Milli Dram Teatrının truppasına qəbul edilir. Qırmızı sovet Bakısının qızğın teatr səhnəsi onun simasında yeni bir türk soyadlı ad, orijinal ədalı, qulaqlara xoş sədalı bir sənətkar qazanır. Salon isə onun dramatik nüanslarından vəcdə gəlir, faciəvi rollarından göz yaşlarına, komik obrazlarından gülüşlərə, satirik surətlərindənizhari-nifrət”lərə qərq olur. Bir yazılanı iki etməyə çalışıban, yüzlərləkim-kimsə”ləri, “nələr-nəməliklər”i yaradıb-yarıtmağa başlayır. Özü -

 

Necə, cür, sayaq!

 

Başlayaq ( elə qurtaraq) “kim-kimsə”lərdən. Nədən ki, “nələr-nəmənəliklərhəddən çox, səbri-xərc ilə dərci-həcmimiz isə az...

Ötən əsrin ilk yarısında S.VurğununXanlar”, “İnsan”, “Vaqifpyeslərinin tamaşalarından yazan tənqidçilər, danışan mütəxəssislər, həftələrlə bəhs açan tamaşaçılar İsmayıl Osmanlının ifa etdiyi Keçəl Aslan, Fon Hols, Şaliko obrazları üstündə xüsusi vurğu ilə dayanırmışlar. Söyləyirmişlər ki, H.Cavid əfəndiŞeyx Sənan”, “Səyavuş”, “Knyazdramlarındakı Şeyx Hadi, Vali Şakro obrazlarının açımına dərəcədə istedad zəhmət sərf edibsə, İsmayıl Osmanlı da, onların səhnə təfsirinə o qədər can “yanacağıyandırır. Böyük komediya ustası S.Rəhman isə onu öz obrazlarınınüst obrazıkimi qələmə verib: “Mənim qələmlə yaratdığım bir neçə obrazı (Mirzə Qərənfil, Əhməd bəy, Zakir, Xəlil, Qasım) İsmayıl Osmanlı öz tərzi-hərəkətlərilə daha yaxşı yazır. Mən bir yazıçı ikən bir verdiyimi o mənə tamaşaçı ikən, bəzən, beş qaytarır...”

İllər yavaş-yavaş keçir, İsmayıl Osmanlının sənətkar azmanlığı zirvələrə daha sürətlə qalxırdı. “O olmasın, bu olsun”dakıqəzetəçiRza obrazı ilə hər bir tamaşaçı qəlbində əbədi nəşr olunmuş bu kişi özü haqdabir kaç kəlmə söyləmədən, onu dinləyib etiraf edəsiləribəkləmədənirəliləyirdi. Məşədi İbaddan 10(ca) manat istəməklə, ətrafındakı digər statuslukustarrüşvətxorlardan qədər aşağı olduğunu üz-gözündəki əlamətlərlə daha da incələyən buqəzetlər padşahıəsl sənət şahı kimi çıxış etmirmi? Sonralar oynadığı rolların bir neçəsiepizodik”ləşsə ,` baş qəhrəmanlarla şöhrət döyüşünə bac vermədi. Məsələn, “Mən ki gözəl deyildimfilmində yaratdığı poçt işçisi obrazının məhzunluq ab-havası oradakı müqəyyədüçkünc məktub”lardan azmı hekayətlər söyləyir?

Bütün bu deyilən yazılanlara yüzə-yüz inam-imanımın bir səbəbi mənim öz gördüklərimdir o vaxtlar bunlar mənə o qədər gözəl əsər, qeyri-adi təsirlər edirdi ki, sonralar o nüanslar haqda kiməsə danışarkən, az qala, “göz kirəsiistəmək fikrinə düşmüşəm. Məsələn, 60-cı illərin sonlarındaSolğun çiçəklər”də oynadığı (yox, yox, yaşadığı!) Əbdül dayı! Bu adam o səhnədə elə birədəbi-bədii dayıolurdu ki, mən bir abituriyent-tamaşaçı olaraq, həyatdakı bütün real (ən əvvəl özümə ən yaxın özgələrə aid) dayıları “persona non qratahesab edir, hətta hərdənmənim belə bir himayədar nökər-dayım olsaydı, məmnuniyyətlə yetim olmaq istərdimkimi minor eşqə düşürdüm. Hələ mənimKaş Cabbarlı diriləydi, Məhluqə Sadıqovanın oynadığı əzaziləmidosturoluna qələm çalıb, bu müqəddəs ( çarəsiz!) Əbdül dayını müşküldən qurtaraydı!” arzu-istəyim...

Mənim bu “real Əbdül dayıobrazı ilə ilgili sentimental ağrı-acılarım, ta onunYeddi oğul istərəm”dəkiKələntər dayıəzazilliyinədək davam etdi. İndicə xatırladığım CabbarlınınŞərif”i demişkən, “hansı ki”, bu rəhmətlik, söhbətlərimizin birində demişdi: “Bu kəmfürsət Kələntərə görə hətta məni yaxşı tanıyan məhəlləmizdə yaxşı qarşılamayanlar var...”

, ömrünün axır çağlarında hərdən onu ziyarət (bir az da - tələbə-jurnalist marağı) üçün tamaşalaröncəsiAzdrama”ya, yaxud, yaşadığı binanın (Statistika İdarəsinin arxa tərəfi) həndəvərinə yığışar, onunPoçt qutusufilmindəki Novruzəliliyinə gah babamız kimi ağrındığımız, gah etno-avamlığımızın klassik bir şəkli kimi baxıb sıxılmaqla bərabər, böyük ədiblərimizin ustadlıqla yaratdıqları rəngarəng milli avtoportretlərimiz içrə bu ən gülmə-gülməcəlisinə için-için uğundugumuzla bağlı sual-cavablar edər, Mirzə Cəlil dahiliyilə yaradılmış o bədii şedevr-sadəlövhlüyü bu korifeyliklə vizuallaşdıran İsmayıl Osmanlı fenomeni ilə fəxarət hissləri yaşadığımızı bəyan edib, bu real sənətkar-obrazın şipşirəliçox sağ olun, mənim yeşil balalarım!” kimi ifadələrinə, bu ixtiyar yaşında da par-par parıldayan göz-baxış hərarətlərinə qonaq olardıq...

Daha sonralar isə eşidərdim ki, bizim tələbəlik davamçılarımız tez-tez onun yaşadığı o binaya, işlədiyi teatra gedər, onu bizim salam-kalam, rəğbət-məhəbbət qədərimizdən artıq qədirləyər, üz-gözündən sənət qədimliyi, münasibətlərindən ipək həlimliyi yağan, lakin... bir vaxtlar cıdır sürətli, amir şöhrətli sənət anşlaqı yaşamış bu qocanın son halətini - bir az təbii-obyektiv, bir az süni-subyektivunutqanlıqduyğularını - imkan dərəcəsində kompensasiya edirmişlər...

... Azərbaycanın, SSRİ-nin Xalq artisti adları, digər təltifləri öz yerində, deyirəm, bu dünyada o məhəbbət dolu salam-kalamlardan, sağ ikən ziyarət edilmələrdən gözəl var?! Bir az da göynək çalarlı bu kövrək xitabım həm bu dünyadan o dünyaya İsmayıl Osmanlı nam-nişanında, İsmayıl Osmanlı şan-şöhrətində köçmüş rəhmətliklərin hamısınadır...

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 13.