Bəstələrində
yaşayan sənətkar
Gəncə şəhər Mərkəzi kitabxanasında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illiyinə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirilib. MKS-nin direktoru Elmira Əliyeva, şəhər Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Bəxtiyar Muradov bəstəkarın həyat və fəaliyyətindən danışıblar.
Tədbirin bədii hissəsində şəhərdəki
4 və 5 saylı musiqi məktəblərinin
şagirdləri sənətkarın bəstələrini səsləndiriblər.
Şagirdlər “Cücələrim” mahnısını xorla oxuyublar. Sonda iştirakçılar bəstəkarın
həyat və yaradıcılığını əks etdirən
slayd və kitab sərgisi
ilə tanış olublar.
Mədəniyyət.- 2016.- 22 aprel.- S. 11.