Uşaq musiqi məktəbinə
metodiki köməklik göstərilib
Mədəniyyətşünaslıq üzrə
Elmi-Metodik Mərkəzin Bədii təhsil
şöbəsinin metodisti Rauf İmanov və metodist Zəbulla Quliyev Ağsu rayon uşaq musiqi məktəbində
metodiki kömək məqsədli görüş keçiriblər. Məktəbdə tədris prosesinin,
sənədlərlə işin təşkili,
ixtisas və nəzəri fənlərin
metodikası, tədris prosesinin mövcud normativ sənədlərlə
aparılması, sinif otaqlarının tərtibatı
ilə bağlı zəruri tövsiyələr verilib, məktəbə müxtəlif metodiki vəsaitlər təqdim edilib.
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 11.