Vətənpərvərlik
mövzusunda bilik
yarışı
Bərdə rayon MKS-nin Uşaqlara xidmət
şöbəsində “Məntiq və maraq”
rubrikasında növbəti bilik
yarışması keçirilib. Yarışda şəhər 2, 4 və 6 saylı orta məktəblərin şagirdləri iştirak edib. Şöbənin
müdiri S.Süleymanova,
jurnalist Şükufə Əliyeva,
şairə Bəsti Cəfərzadə
iştirakçılara müvəffəqiyyətlər
arzulayıblar. Əsasən vətənpərvərlik mövzusunu əhatə edən bilik yarışında 6 saylı orta məktəbin şagirdləri qalib olublar. Məktəblilər
Vətənə, qəhrəmanlara həsr edilmiş
mahnılar və şeirlər səsləndiriblər.
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 11.