Muzeydə dəyirmi
masa və ekskursiya
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində 18 aprel - Tarixi Abidələrin Mühafizəsi Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Muzeyin əməkdaşı Tahirə Şəfiyeva “Azərbaycan tarixi abidələr diyarıdır” mövzusunda məruzə ilə çıxış edib.
Əlamətdar günlə bağlı muzeydə
4 saylı məktəbin V sinif şagirdləri
üçün ekskursiya
da təşkil olunub.
Məktəblilər muzeyin həyətində
sərgilənən daş abidələri
seyr etdikdən sonra daxili ekspozisiya ilə
tanış olublar. Muzeyin
bələdçisi Gülmayə Əfəndiyeva şagirdlərin
tarixi abidələrimizlə bağlı
suallarına cavab verib.
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 11.