ATMU-nun əməkdaşları Avstriyada beynəlxalq tədbirə qatılıblar

 

Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) iki əməkdaşı Avstriyanın IMC Krems Tədbiqi Elmlər Universitetində (TEU) keçirilən “IMC Beynəlxalq Magistr Günləri 2016” adlı beynəlxalq tədbirə qatılıb. Tədbirdə ABŞ, Kanada, Meksika, Rusiya, Avstriya, Fransa, İspaniya, Finlandiya, İsveç, SerbiyaSinqapurun nümayəndə heyətləri də iştirak ediblər.

Tədbir çərçivəsində ATMU-nun biznes idarəçiliyi fakültəsinin və eyni zamanda “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Günel Poladova “Azərbaycan və Qafqaz regionunda biznesin qurulmasına iqtisadi, siyasi və mədəni amillərin təsiri” mövzusunda seminarlar keçirib. Universitetin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Humay Cəfərli isə İMC Krems TEU-da keçirilən görüşlərə qatılıb, “Azərbaycan-Avstriya Turizm Proqramı” üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Görüşün əsas müzakirə mövzularından biri 2017-ci ildə ATMU və İMC Krems TEU arasında beynəlxalq ikili diplom proqramının yaradılması və birgə fəaliyyətin 10 illik yubileyinə həsr olunacaq tədbirin təşkilati məsələləri olub.

Tədbir zamanı seminarlar keçirilib, müxtəlif tarixi-mədəni yerlərə ekskursiyalar təşkil olunub. Sonda iştirakçılara mükafatsertifikatlar təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 9.