Almaniyada Azərbaycan konsertləri
Azərbaycanın tanınmış musiqiçiləri - xalq artistləri, tarzən Ramiz Quliyev, qarmon ifaçısı Aftandil İsrafilov və Əməkdar artist, müğənni Yaqub Zurufçu Almaniyanın bir sıra şəhərlərində “Böyük Azərbaycan musiqisi” adlı geniş konsert proqramı ilə çıxış ediblər. Konsertlər Hamburq, Köln və Frankfurtun konsert salonlarında baş tutub.
Anşlaqla keçən konsertlərdə Azərbaycan xalq mahnıları, klassik bəstəkarlarımızın romansları və muğamlarımız səsləndirilib. Ramiz Quliyev və Aftandil İsrafilovun solo çıxışları ilə bərabər, görkəmli tarzənin rəhbərliyi altında xalq çağlı alətləri ansamblının ifasında Azərbaycan musiqisinin rəngarəng nümunələri əcnəbi dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Tanınmış müğənni Yaqub Zurufçunun yubileyinə
təsadüf edən konsertlərdə Almaniyada
fəaliyyət göstərən “Daisi” rəqs
ansamblı da iştirak
edib.
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 5.