Muzeydə Şekspirin xatirəsinə həsr olunmuş tədbir

 

Aprelin 21-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi ingilis şairidramaturqu Uilyam Şekspirin (1564-1616) vəfatının 400 illiyinə həsr olunmuş tədbir keçirildi.

 

Əvvəlcə Musiqi Mədəniyyəti Dövlət MuzeyininU.Şekspirin əsərləri musiqidə” və Dövlət Teatr MuzeyininŞekspir Azərbaycan səhnəsində” mövzularında hazırladıqları slayd-şoular təqdim edildi.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova tədbiri açaraq dahi şairin həyat və yaradıcılığından danışdı. Qeyd etdi ki, Şekspir həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edən nadir dramaturqlardan sayılır. Hamlet”, “Otello”, “Romeo Cülyetta”, “Maqbet”, “Kral Lirkimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasındadır. Şekspirin süjet, diljanr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropada teatr sənəti və ədəbiyyatın inkişafına böyük təsir göstərib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla BayramovaŞekspirin azad düşüncəsi” mövzusunda məruzə ilə çıxış etdi. Bildirdi ki, görkəmli ədibin əsərlərində əsas qəhrəmanlar həlak olsa, yüksək ideallar, mənəvi keyfiyyətlər sarsılsa da, bu faciələrdə ümidsizlik yoxdur. Çünki İntibah dövrünün insanlarında ən ümdə keyfiyyət inam idi. O dövrdə inam insanın sonsuz imkanlarına, varlığın bütün sirlərinə nüfuz edib.

Çıxışlardan sonra söz musiqiyə verildi. Bakı Musiqi Akademiyasının tələbəsi Fuad Əlizadə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Maqda İbrahimovanın ifalarında Q.Qarayev, S.Prokofyev, N.Rota, Ş.Qunonun Şekspirin əsərləri mövzusunda musiqiləri səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 5.