Qlobal Forum iştirakçıları üçün maraqlı konsert proqramları hazırlanıb

 

Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən geniş mədəni proqram hazırlanıb. Xəbər verdiyimiz kimi, beynəlxalq tədbir ərəfəsində və Qlobal Forum günlərində paytaxtın teatrları öz repertuarlarının ən maraqlı tamaşalarını təqdim edəcəklər.

Forumla bağlı paytaxtda fəaliyyət göstərən konsert müəssisələri tərəfindən xüsusi repertuar hazırlanıb, tədbir iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələlər həll edilib. Forumun keçiriləcəyi günlərdə Azərbaycan Dövlət Filarmoniyasında, Heydər Əliyev Sarayında, Dövlət Mahnı Teatrında Azərbaycan və dünya bəstəkarlarının rəngarəng musiqiləri səsləndiriləcək. Artıq nümayiş olunacaq səhnə əsərlərinin və səsləndiriləcək musiqi əsərlərinin proqramı Azərbaycan və ingilis dillərində hazırlanıb.

 

Mədəniyyət.- 2016.- 22 aprel.- S. 3.