AMEA-nın
adlı mükafatlarının sahibləri məlum olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin aprelin 20-də keçirilmiş iclasında AMEA-nın adlı mükafatları üzrə müsabiqə qaliblərinin adları elan edilib.
Akademik Üzeyir Hacıbəyli adına mükafata Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə layiq görülüb. O, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi irsinin tədqiqində xidmətlərinə görə təltif olunub.
AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı Azərbaycanın dövlətçilik tarixinin araşdırılması və erməni saxtakarlığına qarşı tarixi həqiqətlərin aşkarlanması sahəsindəki xidmətlərinə görə AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudova verilib.
Həmçinin Nəsirəddin Tusi adına mükafata akademik Firudin
Haşımzadə, Həsən bəy Zərdabi adına mükafata akademik Siddiqə
Məmmədova, Mirəsədulla Mirqasımov adına mükafata akademik Adilə
Namazova layiq görülüb. Akademik Yusuf Məmmədəliyev adına mükafat AMEA-nın müxbir
üzvü Fəzilə Səmədovaya,
akademik Musa Əliyev
adına mükafat isə akademik
Pərviz Məmmədova verilib.
Mədəniyyət.- 2016.- 22
aprel.- S. 3.