Hüseyn Cavidin “Ana” əsəri
müzakirə olunub
Salyan rayon Heydər
Əliyev Mərkəzində
fəaliyyət göstərən
elektron kitabxanada oxucular arasında Hüseyn Cavidin “Ana” mənzum dramının müzakirəsi keçirilib. Kitabxananın müdiri Yasəmən Ağalarova əsər haqqında oxuculara qısa məlumat verib. Bildirib ki, “Ana” ədəbiyyatımızda
ilk mənzum dram sayılır.
Müəllif mövzusunu Dağıstan
həyatından aldığı
bu əsəri 1910-cu ildə tamamlayıb.
Dramın qəhrəmanı Səlma ana obrazının timsalında
mərdlik, mənəvi
nəciblik, sədaqət
duyğuları tərənnüm
olunur. Əsər faciəvi bir
sonluqla bitsə də, Səlma ananın möhtəşəm
obrazı milli xarakterik xüsusiyyətləri
ilə yaddaşlarda dərin iz salır.
Mədəniyyət.- 2016.- 27 aprel.- S.
13.