“İnsanların
kitabla bayramlaşması
sevindirici haldır”
Bakıda
növbəti dəfə
“Oxu günü” keçirildi
Aprelin 23-də paytaxtın Nəsimi
rayonundakı Zorge parkında Mədəniyyət
və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və “Hədəf” nəşrlərinin
təşkilatçılığı ilə ikinci dəfə “Oxu günü” keçirildi.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm nazirinin birinci müavini Vaqif Əliyev oxucuları salamladı, kitabların həyatımızdakı
mühüm rolundan söz açdı. Son illərdə gənclərdə
mütaliəyə marağın
artmasını yüksək
qiymətləndirən Vaqif
Əliyev Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
bu yöndə görülən işlərdən
bəhs etdi. Bildirdi ki, mütəmadi
olaraq keçirilən
kitab sərgi-yarmarkaları,
yeni kitabların nəşri oxucu kütləsinin maraqlarına
yönəlib: “Oxu günü”ndə ölkəmizdə
fəaliyyət göstərən
müxtəlif nəşriyyatların,
kitab və ədəbiyyat klublarının
bir araya gəlməsi, insanların
kitabla bayramlaşması
sevindirici haldır”.
Nəsimi
Rayon İcra Hakimiyyətinin
başçısı Asif
Əsgərov, layihənin
ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov və başqaları yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf
etdirilməsi, kitabın
gündəlik həyatımıza
daxil olması üçün belə tədbirlərin keçirilməsinin
böyük əhəmiyyətindən
danışdılar.
Qeyd olundu ki, layihə gənclər arasında mütaliəyə diqqətin
artırılması üçün
nəzərdə tutulub. Layihənin hədəfi
insanlarda oxu vərdişini inkişaf etdirmək, kitabla paylaşmağı bacarmaq
və kitabla həmsöhbət olmaqdır.
“Gəlin, birgə
oxuyaq!” şüarı
altında təşkil
olunan layihənin əsas məqsədlərindən
biri də fəal oxucularla müəlliflərin təmasda
olmasıdır.
Tədbir
çərçivəsində Xalq yazıçısı
Çingiz Abdullayevin,
Milli Məclisin deputatı, yazıçı-publisist
Aqil Abbasın kitablarının, türkiyəli
yazar Ahmet Haldun Terzioğlunun “Hədəf” nəşriyyatında
çapdan çıxmış
“Tomris Xan” və şairə Zərəngiz Dəmirçi
Qayalının “Xan” nəşriyyatında işıq
üzü görən
“Oğul” kitabının
təqdimatı, müəlliflərin
oxucularla görüşü
və imza mərasimi keçirildi.
“Oxu günü”ndə
təşkil olunan “Əsgərə kitab” adlı aksiya da iştirakçıların
marağına səbəb
oldu. Bu aksiyada müəlliflərlə birgə
oxucular da aldıqları bəzi kitabları əsgərlərə
göndərilmək üçün
müvafiq guşəyə
təqdim etdilər.
Tədbirdə incəsənət ustaları
və musiqi məktəbləri, uşaq
evlərinin yeniyetmə
ifaçılarının konsert proqramı maraqla qarşılandı.
Maarifçi aksiyada layihənin
həyata keçirilməsinə
təşkilati dəstək
verən Azərbaycan Yazıçılar Birliyi,
Yunus Əmrə İnstitutu, Kitabevim.az mağazalar
şəbəkəsi, “Baku-Bus” şirkəti, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, “Medika
Hospital”, “Qlobal Karyera”
İnstitutu, “ASAN Könüllüləri”
və “Hədəf” kursları və bir çox idarə və təşkilatların nümayəndələri
iştirak edirdilər.
Lalə Azəri
Mədəniyyət- 2016.- 27 aprel.-
S. 12.