Kitabxanalarda innovasiyalar və
müasir texnologiyaların
tətbiqi
Treninq iştirakçıları layihəyə
görə təşəkkürlərini
bildirirlər
Xəbər verdiyimiz kimi, Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-22 aprel tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana işinin modernləşdirilməsi,
kitabxanaların fəaliyyətinin
optimallaşdırılması mövzusunda treninq keçirilib.
“Kitabxanalar innovasiyalar və müasir texnologiyaların tətbiqi
şəraitində” mövzusunda
treninqdə F.Köçərli
adına Respublika Uşaq Kitabxanasının,
Polis Akademiyası və
Azərbaycan Dövlət
Tibb Universiteti kitabxanalarının, Ağstafa,
Bərdə, Astara, Beyləqan, Füzuli, Zərdab, Ucar, Şəki, Şamaxı,
Sumqayıt, Siyəzən,
Samux, Salyan, Sabirabad, Neftçala, Qusar, Quba, Qazax,
Qax, Xaçmaz, Göyçay şəhər
və rayon kitabxanalarının
əməkdaşları iştirak
ediblər.
Treninq “Kompüterdə quraşdırma,
sazlama, diaqnostika işləri”, “Mikrosoft
Office paketinin proqramları
və elektron sənədlərlə işlənmə
qaydaları”, “Fayllar üzrə əməliyyatlar”,
“Portallar üçün
kontentlərin hazırlanması
və yerləşdirilməsi
qaydaları” kimi mövzuları əhatə
edib.
Layihəyə qatılmış şəhər
və rayonların mərkəzləşdirilmiş kitabxana sistemlərindən
redaksiyamıza daxil olan məktublarda treninqlərin əhəmiyyəti
vurğulanır. Kitabxana əməkdaşları treninqlərin təşkilinə
görə Mədəniyyət
və Turizm Nazirliyinə və nazirliyin Kitab dövriyyəsi sektoruna təşəkkürlərini bildirirlər.
Mədəniyyət.- 2016.- 27 aprel.- S. 12.