Rus Dram Teatrında premyera
Səhnədən “Sevgi dərsləri...”
Aprelin
24-də Dövlət Rus
Dram Teatrında “Kazanova:
Sevgi dərsləri"
tamaşasının premyerası
keçirilib. Viktor Korkiya və Aleksandr Lavrin müəllifi olduqları
pyesə rejissor İlqar Safat quruluş verib. Tanınmış kinoaktyor, Xalq
artisti Fəxrəddin
Manafov ilk dəfə bu tamaşada Rus Dram Teatrının səhnəsinə çıxıb.
Tamaşadan əvvəl jurnalistlərin
suallarını cavablandıran
aktyor deyib: "Rus Dram Teatrının səhnəsində ilk dəfə
çıxış edirəm
və bu, mənim üçün böyük məsuliyyətdir.
Təxminən dörd ildir
ki, səhnəyə çıxmıram. Düşünürəm ki, tamaşaçılar bizim zəhmətimizi layiqincə qiymətləndirəcəklər".
Söhbətə əsas qadın rollarından birinin ifaçısı, gənc
aktrisa Yeganə Hüseynli də qoşulub. O etiraf edib ki, məşhur
aktyorla eyni səhnəni bölüşmək
onun üçün böyük şərəfdir.
Süjetə görə, yaşlandığı
üçün artıq
Kazanova əvvəlki sevgi intriqalarından əl çəkərək
kitabxanaçı işləyir
və gənc Fransa (Murad Məmmədov)
sevgi dərsləri verir ki, o, burqomistrin
qızı Annanı
(Yeganə Hüseynli)
yoldan çıxartsın.
Onun atası (Xalq artisti Yuri Baliyev) qızını qrafa (Əməkdar artist Firdovsi
Atakişiyev) ərə
vermək istəyir.
Annanın ürəyini ələ
keçirmək istəyənlərin
siyahısına Kazanova
da qoşulur. Çünki o da Annaya aşiq olur. Xalq artisti gözəl sevgi nitqləri sayəsində Anna ilə
yanaşı tamaşaçıları
da hipnoz edirdi. Əlbəttə ki, Anna bütün
nişanlılar arasında
onu seçir, lakin təəssüf ki, Kazanovanın ürəyi buna tab gətirmir və ölüm onu caynağına alır.
Tamaşanın quruluşçu-rəhbəri Xalq
artisti Aleksandr Şarovski, quruluşçu
rəssamı Mustafa Mustafayevdir.
Mədəniyyət.- 2016.- 27 aprel.- S. 11.