“Narkomaniyaya
yox deyək”
Bərdə Turizm İnformasiya Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda dəyirmi masa təşkil olunub. Mərkəzin direktoru Hikmət Heydərov, rayon Polis Şöbəsinin narkomaniya ilə mübarizə qrupunun rəisi, polis mayoru Elçin Talıbov, Bərdə Rəsm Qalereyasının direktor əvəzi Səbuhi Qasımov, Bərdə İdarəetmə və Texnologiya Kollecinin məsləhətçisi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Xosrov Musayev və başqalarının çıxışları dinlənilib.
Qeyd olunub ki, bəşəriyyət
üçün bəla olan
narkomaniyaya qarşı cəmiyyətdə
ardıcıl təbliğat işinin
aparılması zəruridir. İştirakçılara Mədəniyyət
və Turizm Şöbəsi, Turizm İnformasiya Mərkəzi
və gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu üzvlərinin birgə hazırladıqları
maarifləndirici nəşr paylanılıb.
Mədəniyyət.- 2016.- 27
aprel.- S. 10.