Ölkəmizin turizm imkanları Dubay sərgisində
Aprelin 25-də
BƏƏ-nin Dubay Əmirliyində “ATM
2016” beynəlxalq turizm sərgisi işə
başlayıb. Tədbirdə ölkəmiz Mədəniyyət
və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri
Aydın İsmiyevin rəhbərlik etdiyi heyətlə təmsil olunur.
Heyətdə 19 turizm
şirkəti və mehmanxana (“Shahdag Mountain
Resort”, “SW Travel”, “Greenwich Travel”, “Geo Travel”, “The Tour”, “Green
Apple”, “Khazar Travel”, “Pasha Travel”, “Millennium
Tourism”, “Victory Tour”, “Falcon Travel”, “Turizm.az”, “Atlas Travel”, “Delta
Travel”, “Flame Tour and Travel”, “Jumeirah Hotel
Baku”, “Excelsior”, “Hilton Baku”, “Fairmont”) əməkdaşları
yer alıb.
Ölkəmizin dünyanın aparıcı
turizm sərgilərindən
hesab edilən “ATM
2016”da iştirakı Azərbaycanın
Körfəz ölkələrində
turizm nümayəndəliyi
olan “Atlantis Holidays” şirkətinin
təşkilati dəstəyi
ilə həyata keçirilir. Azərbaycanın turizm potensialının
təqdimatı məqsədilə
70 kvadratmetr sahədə
xüsusi dizayn əsasında ikimərtəbəli
stend qurulub və qonaqlara təqdim olunması üçün ingilis və ərəb dillərində müxtəlif
reklam-çap məhsulları
ilə təmin olunub. Sərgi çərçivəsində
dünya turizm media nümayəndələri və
turizm professionallarının
iştirakı ilə
iki təqdimat brifinqində Azərbaycanın
təqdimatının keçirilməsi
nəzərdə tutulub.
“ATM 2016” sərgisi aprelin 28-dək davam edəcək.
Körfəz ölkələri Azərbaycana
gəlmə turizmi baxımından prioritet təşkil edir. Turizm səfərləri və işgüzar əlaqələri
təşviq etmək
məqsədilə Qətər,
Oman, Səudiyyə Ərəbistanı,
Bəhreyn, Küveytin
də daxil olduğu bir sıra ölkələrlə
1 fevral 2016-cı il tarixindən Azərbaycanın beynəlxalq
hava limanlarında sadələşdirilmiş viza
rəsmiləşdirilməsi təmin edilir.
Mədəniyyət.- 2016.- 27 aprel.- S. 9.