Bakıda portuqaliyalı rəssamların əsərləri nümayiş olunur

 

BMT Sivilizasiyalar Alyansının Bakı Forumu ərəfəsində daha bir sərgi aprelin 22-də Müasir İncəsənət Muzeyində açılıb. Burada Portuqaliya rəssamları Andre Almeida e Sousa, Paulo BrighentiTomas Cunha Ferreiranın əsərləri nümayiş olunur.

Bu, Portuqaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyinin ilk müstəqil mədəni təşəbbüsüdür.

Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kardoso çıxışında bildirib ki, sərgi Portuqaliya tarixinin mühüm səhifəsi olan “Qərənfil inqilabı” ilə əlaqəlidir. Bu inqilab 50 illik təcriddən sonra Portuqaliyanın müasirliyə və dünyaya yenidən qayıtması demək oldu. Sərginin ideya hədəfi daha çox gənc nəsildir. Çünki gənclik hər bir ölkənin gələcəyi və ümidləri deməkdir.

Bildirilib ki, mədəniyyət tədbiri Portuqaliya və Azərbaycan xalqları arasında mövcud olan simpatiyadostluq münasibətlərinin gücləndirilməsi və inkişaf etdirilməsinə xidmət göstərən maraqlı bir layihədir. Sərgi mayın 8-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 9.