Fərqlilik və müxtəlifliklər dünyanı füsunkar edir

 

BMT-nin Sivilizasiyalar Alyansının Gənclər Forumu səmərəli fikir mübadiləsi ilə yadda qaldı

 

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakı Konqres Mərkəzində keçirilən Gənclər Forumu aprelin 25-də işini başa vurub.

 

Forumun bağlanış mərasimində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Azərbaycanın mədəniyyət və turizm naziri, Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev çıxış ediblər.

Tədbirin moderatoru, UNAOC-un Sülhinsan hüquqları proqramının direktoru Meqan Aurea Villanueva Gənclər Forumunun toplantılarında səmərəli müzakirələrin aparıldığını, o cümlədən gender bərabərliyi, münaqişələrin həllində gənclərin rolu barədə fikir mübadiləsi aparıldığını vurğulayıb.

Sonra əməkdaşlıq toplantılarında aparılan müzakirələrin yekunları barədə çıxışlar olub.

“KİV üçün mürəkkəb tapşırıqlar” mövzusunda keçirilən toplantının yekunları barədə məlumat verilərkən qeyd edilib ki, müzakirələrdə azad mətbuatın formalaşdırılması və KİV sahəsində çoxsaylı strategiyalar diqqət mərkəzində olub.

İnklüziv cəmiyyətlərdə birgəyaşama, miqrasiya nöqteyi-nəzərindən çağırış və məqsəd” mövzusunda toplantıda qeyd edilib ki, miqrasiya axınları əsasən müharibə və böhranlar nəticəsində baş verir. Dünyada hər 20 saniyədə bir insan miqrasiya etməyə məcbur qalır. Bildirilib ki, dünyada inklüzivliyə nail olmaq üçün miqrantların sosial reabilitasiyası gücləndirilməlidir.

“Təhsillə bağlı çağırış və hədəf” mövzusu üzrə toplantıda diqqətə çatdırılıb ki, müharibələr və ayrı-seçkilik təhsilə çıxış imkanlarını məhdudlaşdırır. Davamlı inkişafa nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinə bərabər təhsil imkanları yaradılmalıdır.

İnklüziv cəmiyyətlərdə birgəyaşama. Nifrət nitqinə yoxmövzusu üzrə müzakirələrdən bəhs edilərkən qeyd olunub ki, sosial medianın imkanlarından istifadə edilməklə nifrət nitqinin qarşısını almaq olar. Bu prosesdə fikir azadlığının məhdudlaşdırılması deyil, müsbət təcrübələrin genişləndirilməsi yolu ilə daha səmərəli nəticələrə nail olmaq mümkündür.

Gender problemləri və məqsədlər” mövzusu üzrə müzakirələrdə cəmiyyətlərdə gender ayrı-seçkiliyinin norma halı alması ciddi tənqid olunub.

“Millətlərarası çağırış və hədəflər” mövzusu üzrə toplantıda diqqətə çatdırılıb ki, tədbirdə əsasən millətlərarası inkişaf üzrə proqram və məqsədlər ətrafında fikirlər səsləndirilib. Mədəniyyətlərarası dialoqmultikulturalizm ilə yanaşı, millətlərarası əməkdaşlıq və dialoq da inkişaf etdirilməli, beynəlxalq festivallars. tədbirlər keçirilməlidir.

“Dinlərarası nöqteyi-nəzərdən çağırış və məqsədlər” mövzusu üzrə toplantıda gənclərin müsbət dəyişikliklər istədikləri və səylərini bu istiqamətdə gücləndirmək əzmində olduqları ifadə edilib.

“Münaqişələrin təzyiqlərinə məruz qalan ərazilərlə bağlı çağırış və məqsədlər” mövzusunda müzakirələrdə vurğulanıb ki, münaqişələrlə bağlı həqiqətlərin dünyaya çatdırılması ilə bu münaqişə və problemlərin qarşısını almaq mümkündür.

Tədbirdə həmçinin “Uşaqlar və gənclər: insanlarla bağlı çağırış və məqsədlər” və “Sülhün bərqərar olunması ilə bağlı çağırış və məqsədlər” mövzulu toplantıların nəticələri barədə məlumat verilib.

BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir bütün toplantılarda səmərəli müzakirələrin aparıldığını vurğulayıb: “Bu gün səsləndirilən fikir və mövqelər güclü gəncliyin baxışlarıdır”.

Nasir Əbdüləziz Əl-Nasir davamlı inkişafa nail olmaq üçün gənclərin təşəbbüs, enerji və imkanlarından istifadə edilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, təhsil, sülh mədəniyyətin və digər biliklərin yayılması, sosial inklüzivliyin bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyır. Keyfiyyətli təhsilə bərabər çıxış və hamı üçün eyni şəraitə malik imkanının təmin edilməsi məhz inklüzivliyə nail olunması baxımından vacib rol oynayır.

Diqqətə çatdırılıb ki, inklüziv cəmiyyət gənclərin iştirakı olmadan qurula bilməz. Buna görə də biz gənclərin daha geniş səviyyədə iştirakının təmin edilməsinə nail olmalıyıq.

Mədəniyyət və turizm naziri, Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev tədbirdə iştirak edən gənclərə minnətdarlığını bildirib. Nazir deyib ki, dünyadakı fərqliliklər və müxtəlifliklər əslində planetin daha füsunkar olmasını təmin edir. Ona görə də biz daha rəngarəng planet üçün səylərimizi əsirgəməməliyik.

Vurğulanıb ki, Azərbaycanda gənclərin təşəbbüslərinin və fəaliyyətlərinin təmin olunması üçün geniş imkanlar yaradılır. Çünki Azərbaycanda tarixən müxtəlif millətlərin, xalqların, dinlərin nümayəndələrinin fikirlərinə hörmətlə yanaşılıb.

Azərbaycanda da minlərlə gəncin müharibə nəticəsində valideynlərini itirdiyini vurğulayan nazir dünyada problemlərin və münaqişələrin qarşısını almaq üçün gənclərin fəallığının artırılmasının vacibliyini qeyd edib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 6.