Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar

 

BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun birinci plenar iclası

 

BMT-nin Sivilizasiyalar Alyansınınİnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış məqsədmövzusunda VII Qlobal Forumu aprelin 26-da rəsmi açılış mərasimindən sonra işiniZorakı ekstremizm əleyhinə platforma tərəfdaşlıqlarmövzusunda birinci plenar iclasla davam etdirdi.

 

Toplantının moderatoru BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsinin sözçüsü aparat rəhbəri xanım Nihal Saad son illər zorakı ekstremizmin terrorizmin bəşəriyyəti narahat edən ən ciddi təhdidlərdən biri olduğunu vurğuladı, iclasda bu istiqamətdə səmərəli müzakirələrin aparılacağına əminliyini bildirdi.

İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero özünün ideya müəlliflərindən olduğu mədəniyyətlərarası dialoq təşəbbüsünün tarixindən danışdı, bu dialoqun digər təşəbbüsçüsü, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını ifadə etdi. Qeyd etdi ki, radikal ekstremizmin qarşısının alınması üçün mədəniyyətlərarası sivilizasiyalararası dialoqun, mədəniyyətin inkişaf etdirilməsi, geniş maarifləndirmə işinin aparılması, təhsilin keyfiyyətinin sosial rifahın yüksəldilməsi vacibdir.

Siyasi münaqişələrin həllində, həmçinin terrora qarşı mübarizədə hərbi yoldan istifadənin çox ciddi fəsadlar törətdiyini diqqətə çatdıran sabiq baş nazir Suriya böhranını xatırladaraq bildirdi ki, Avropa ölkələri bu böhranı həll etmək üçün hərbi yoldan istifadəyə üstünlük verdilər. Bu da milyonlarla insanın qaçqına çevrilməsi ilə nəticələndi. Həmin qaçqınların miqrasiyasından xilas olmaq üçün Avropa öz qapılarını onların üzünə bağladı ki, bu da ciddi ziddiyyət doğurur gərginliyi daha da artırır.

Fransanın sabiq baş naziri xarici işlər naziri Dominik de Villepin cəmiyyətlərin dövlətlərin zorakı ekstremizmə qarşı mübarizədə hələ istənilən nəticəyə nail ola bilmədiklərini diqqətə çatdırdı. Onun fikrincə, bu mübarizədə qalib gəlmək üçün zorakı ekstremizmin əsl mahiyyəti dərindən öyrənilməlidir. Hərbi müdaxilə yolunun seçilməsi zorakı ekstremizmin qarşısını nəinki almır, hətta onun daha geniş yayılmasına radikallaşmasına səbəb olur. Zorakı ekstremizmə terrorizmə qarşı qlobal miqyasda ciddi mübarizə aparılması, bu işdə BMT-nin rolunun gücləndirilməsi, onun sülhməramlı qüvvələrinin münaqişə zonalarına cəlb edilməsi vacibdir.

BMT-nin Terror Əleyhinə Direktorluğunun icraçı direktoru Jan-Paul Laborde zorakı ekstremizmin qarşısının alınmasında, sülh təhlükəsizliyin bərqərar olunmasında digər addımlarla yanaşı, gənclər arasında əməkdaşlığın genişləndirilməsinin, onların birgə layihələrdə iştirakının təmin edilməsinin mühüm rol oynadığını qeyd etdi. O bu prosesdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin təşviq edilməsinin, xüsusən qadınların rolunun artırılmasının, həmçinin “Microsoft”, “Google” s. nəhəng korporasiyalarla əməkdaşlıq edərək onların imkanlarından istifadə olunmasının əhəmiyyətini vurğuladı.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 27-də BMT baş katibininTerrorizmə qarşı birləşmək: qlobal terrorizmlə mübarizə strategiyası üçün tövsiyələradlı sənədi təqdim etməsinin on ilinin tamam olacağını diqqətə çatdıraraq bildirdi ki, biz bəlkə bu gün təsəvvür etdiyimizdən geniş yayılmış zorakı ekstremizmin köklərini dərindən araşdıra bilməmişik. Yerli regional problemlərlə birləşən Suriya, İraq Liviyadakı proseslər 11 sentyabr hadisələrindən sonrakı dövrdə regiona xarici müdaxilələrin nəticələridir. Bəzi beynəlxalq aktyorlar nəcib məqsədlərə malik olsalar da, yanlış strategiya yürüdüblər. Nəticədə beynəlxalq sistemin fundamental norma prinsipləri sarsılıb.

Nazir 21 il bundan əvvəl ABŞ Dövlət Departamentinin nəşr etdiyiQlobal terrorizm nümunələriadlı sənədi yada saldı. Həmin sənəddə vurğulanıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz Baltikyanı respublikalarda terror aktlarına rəvac verir. Həmçinin göstərilib ki, Moskvada həbs olunan bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü ən azı 130 nəfərin yaralanması ilə nəticələnən Bakı metrosunda, eləcə Rusiya Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunublar.

Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm terrorizmin metamorfozu simbiozundan əziyyət çəkmişdir. Həmin vaxt beynəlxalq ictimaiyyət bizi dinləyərək, universal norma prinsiplərə əsaslanaraq, zorakı ekstremizm onun bütün forma təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, bu gün bu domino effektini büdrətmək bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq”, - deyə E.Məmmədyarov vurğuladı.

Zorakı ekstremizmə qarşı mübarizədə davamlı inkişafın prioritet olmasının vacibliyini diqqətə çatdıran nazir düzgün təhsil, sosial-iqtisadi irəliləyiş gender bərabərliyi olmadan bütün səylərin iflasa məhkum olduğunu bildirdi çıxışını bu sözlərlə bitirdi: “Siz tarixən tolerantlığı, multikultural cəmiyyəti dünyəvi idarəçiliyi ilə məşhur olan bir ölkədəsiniz. Nümunə ilə yol göstərmək ən yaxşı yoldur. Biz öz nümunələrimizi bölüşmək həmçinin sizin təcrübələrinizdən öyrənmək istəyirik”.

Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Dezir çıxışında son illərdə ciddi təhdidə çevrilən zorakı ekstremizmə qarşı mübarizə aparılması üçün həyata keçirilməsi zəruri olan tədbirlərdən danışdı. Vurğuladı ki, bu baxımdan ümumbəşəri dəyərlərin müxtəlifliyini, sivilizasiyaların dünyaya verdiyi töhfələri qəbul etməli, bəşəri dəyərləri paylaşmalıyıq. Heç bir ölkə dünyanın hər hansı bir nöqtəsində baş verən böhrandan, problemdən sığortalanmayıb. Bu yaxınlarda Avropada baş verən terror aktları buna əyani sübutdur.

Çıxışlardan sonra mövzuya dair müzakirələr aparıldı.

 

Mədəniyyət.- 2016.- 27 aprel.- S. 4.