TÜRKSOY-un təşəbbüsü
ilə daha bir festival
Türk xalqlarının tarix boyu bəşər mədəniyyətinə verdikləri
töhfələri, sahib olduğumuz
mədəni mirası
ən yaxşı formada dəyərləndirərək
dünyaya çatdırmaq
yolunda müxtəlif layihələr həyata keçirən Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatı - TÜRKSOY daha bir ilkə
imza atır.
4-5 may tarixində təşkilat
Ankaranın Çankırı
Bələdiyyəsi ilə
işbirliyində “Türk
Dünyası İşarə
Dili Mədəniyyət
və Sənət Festivalı” düzənləyəcək.
TÜRKSOY-a üzv ölkələrdən
Azərbaycan, Qazaxıstan,
Türkmənistan və
Türkiyədən eşitmə
və danışma əngəlli gənclərdən
ibarət cəmiyyət
və topluluqların qatılacağı festivalda
işarə dili ilə rəqs və musiqi nümayişi ilə yanaşı, həm də hər bir ölkəni təmsil edən eşitmə əngəlli
uşaqların əl
işlərindən ibarət
sərgi keçiriləcək.
Bu məqsədlə festival
keçirilən məkanlarda
xüsusi stendlər qurulacaq.
Qeyd edək
ki, türkdilli ölkələrin iştirakı
ilə belə bir tədbir ilk dəfə gerçəkləşdirilir.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 29
aprel.- S. 10.