Yeni bədii film
çəkilir
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı tammetrajlı bədii filmin çəkilişləri başlanıb.
Kinostudiyadan bildirilib
ki, doğma rayonu işğal edilərkən
həbsxanada olan filmin
qəhrəmanı azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən
tapdağı altında qalmış məzarını ziyarət
etməyin yollarını axtarır. Psixoloji
dram janrında çəkilən filmin quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq
Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri
Müşfiq Hətəmovdur. Baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və
digərləri canlandırırlar.
Mədəniyyət.- 2016.- 29
aprel.- S. 10.