“Ədəbiyyatımızın
müsəlləh əsgəri”
Aprelin 27-də Səbail rayon
MKS-nin Mərkəzi kitabxanasında Xalq şairi Səməd Vurğunun anadan
olmasının 110 illiyinə həsr edilmiş
“Ədəbiyyatımızın müsəlləh əsgəri”
adlı tədbir keçirildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin sektor müdiri S.Məmmədova, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin böyük elmi işçisi Gülzar İbrahimqızı, Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əbdül Mahmudbəyov, sənətşünas Səadət Təhmirazqızı, şair-dramaturq Zaməddin Ziyadoğlu, hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirli, Səməd Vurğunun ev-muzeyinin fond müdiri Xanım Şadlinskaya, Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Teatrının direktoru Mirələsgər Aslanov və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə görkəmli şairin yaradıcılığından geniş söhbət açıldı, onun vətənpərvərlik mövzusunda yazdığı əsərlər, xalqımızın böyük şairə sonsuz məhəbbəti, şeirlərinin bu gün də dillərdə əzbəri olduğu bir daha diqqətə çatdırıldı. Qeyd olundu ki, Səməd Vurğun “Odlar yurdu”nun nəğməkarı idi, Azərbaycanı, onun keçmişini, bu gününü, sabahını tərənnüm edirdi.
Ədəbi-bədii gecədə
şairin həyat və
yaradıcılığını əks etdirən video-çarx, “Komsomol
poeması”nın motivləri əsasında çəkilmiş
“Yeddi oğul istərəm”
filmindən fraqmentlər və “Ədəbiyyatımızın
müsəlləh əsgəri” adlı geniş
kitab sərgisi nümayiş
olundu, şairin
sözlərinə bəstələnmiş musiqilər
səsləndi.
Mədəniyyət.- 2016.- 29
aprel.- S. 7.