Acı həyat hekayələrinin
bədii təsviri
Miqrantlar
probleminin timsalında
Forum çərçivəsində keçirilən bölmə
iclaslarından biri “Böhran dövründə
hesabatvermə: yaradıcı
hekayələr vasitəsilə
miqrant həyatından
bəhs edən hadisələrin nəqli”
mövzusuna həsr olunmuşdu.
İclasın moderatoru, “The Haitian Times” qəzetinin
baş redaktoru xanım Vania Andre bildirdi ki, miqrantlara
başlarına gələnləri
ictimaiyyətə çatdırmaq
üçün şərait
yaradılmalıdır. Bunun üçün
onların acınacaqlı
həyatından bəhs
edən filmlərin çəkilməsi, əsərlərin
yazılması, sərgilərin
təşkili, eləcə
də hər bir miqrantın insanlar qarşısında
danışması ən
təsirli vasitədir.
“Cast From the Storm”un direktoru David Mason isə miqrant uşaqlarının
həyatı haqqında
çəkdiyi filmlərdən
danışdı. Qeyd etdi
ki, bu uşaqların
gələcəyini düşünmək
lazımdır. Çünki onlar milyonlarla insanları təmsil edirlər.
Fotoqraf Colin Boyd Shafer Toronto şəhərində əhalinin
50 faizini miqrantların
təşkil etdiyini bildirdi və Kanadada onlar üçün yaradılan
imkanlardan bəhs etdi. Vurğuladı ki, miqrantların
həyatını əks
etdirən film və fotolar reallığa söykənməlidir.
“EXPO Collektive”nin qurucusu
Christina Elizabeth Rodrigez, rəssam
Tania Bruguera isə miqrant həyatından bəhs edən hadisələrin ictimaiyyətə
çatdırılmasında sərgilərin əhəmiyyətini
qeyd etdilər.
Çıxışlarda bildirildi ki, miqrantlar getdikləri ölkələrin siyasi həyatından təcrid olunublar və onların siyasi hüquqlarının təmin
edilməsi vacib şərtlərdəndir.
Lalə
Mədəniyyət.- 2016.- 29
aprel.- S. 7.