Əməkdar mədəniyyət işçisi Vaqif Babayev vəfat edib
2016-cı il avqustun 16-da Babayev Vaqif Baba oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Vaqif Babayev 1943-cü il
martın 5-də Bakıda
anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını
(indiki Bakı Musiqi Akademiyası) bitirib. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında,
Dövlət Teleradio Verilişləri Şirkətində,
Dövlət Kamera Orkestrində, Azərbaycan
Bəstəkarlar İttifaqında,
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, eləcə
də Əlcəzair Demokratik Xalq Respublikasının Milli Musiqi İnstitutunda, Suriya Ərəb Respublikasının Ali Musiqi
İnstitutunda, Bakı
Musiqi Akademiyasında orkestr artisti və müəllim işləmişdir.
O, uzun müddət Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil
sektorunun müdiri vəzifəsində çalışmış,
2013-cü ildə Əməkdar
mədəniyyət işçisi
fəxri adına
layiq görülmüşdür.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi
və kollektivi nazirliyin sabiq əməkdaşı Babayev
Vaqif Baba oğlunun vəfatından kədərləndiyini
bildirir və ailəsinə dərin hüznlə başsağlığı
verir.
Allah rəhmət eləsin.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.2.