Şəkidə Bəxtiyar Vahabzadənin
xatirəsi anılıb
Xalq şairi Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 91-ci ildönümü onun doğulduğu Şəki şəhərində anılıb.
İctimaiyyət nümayəndələri avqustun 16-da şairin şəhərin mərkəzindəki parkda qoyulmuş büstü önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra xatirə tədbirinin iştirakçıları İ.S.Nakam adına Mərkəzi kitabxanada “Poeziyamızın Bəxtiyarı” adlı kitab sərgisi ilə tanış olublar.
Bildirilib ki,
öz dəyərli əsərləri ilə
müasir Azərbaycan ədəbiyyatının
inkişafında böyük xidmətlər
göstərmiş Bəxtiyar Vahabzadənin
yaradıcılığı bədii fikrimizin
zənginləşməsində mühüm
rol oynayıb. Azərbaycan dilinin
saflığı, təmizliyi və zənginləşməsi
uğrunda mübarizə şairin
yaradıcılığının əsas istiqamətlərindən
birini təşkil edib.
Daim xalqının düşüncə və
arzuları, hiss və duyğuları, istək
və maraqları ilə yaşayan Bəxtiyar
Vahabzadənin zəngin yaradıcılığı
poeziyamızın, şeirimizin cövhəri
olub.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.2.