Gənc rəssamın “Başlanğıc”
sərgisi
Avqustun 26-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Leyla Əzimbəyovanın “Başlanğıc” adlı fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçiriləcək.
Rəssamlar İttifaqından bildirilib
ki, bir həftə davam edəcək sərgidə nümayiş olunacaq sənət
əsərləri gözəllik duyğusu,
işıqlı rənglərin çoxluğu,
həyatsevərlik və xeyirxahlıq kimi
mövzuları əhatə edir. Həmçinin,
əsərlərdə müxtəlif fəlsəfi yanaşma və emosional
hislərin rənglərlə ifadəsi də öz
əksini tapıb.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.2.