Qaxın tarixi məkanları
əcnəbi tələbələrdə xoş
təəssürat yaradıb
“Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyinin (AEGEE-Bakı) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Lets Add Ventures to Adventures” adlı beynəlxalq “yay universiteti”nin iştirakçıları Qax rayonuna səfərlərindən çox məmnun qalıblar.
Layihənin məqsədi xarici
ölkələrdən gələn tələbələri
Azərbaycanın tarixi və mədəniyyəti
ilə yaxından tanış etmək, onlara
Azərbaycan reallıqları barədə dolğun
məlumatlar çatdırmaqdır. Polşa, İspaniya,
Rumıniya, İtaliya, Rusiya,
Fransa, İngiltərə, Macarıstan və
Hollandiyadan gələn tələbələr
rayonun görməli yerlərini gəzib, İlisu və Ləkit kəndlərində
yerləşən qədim tarixi abidələrə
baş çəkib, təbiət qoynunda dincəliblər. Qaxın tarixi məkanları ilə tanışlıq
layihə iştirakçılarında xoş
təəssürat yaradıb.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.4.