“Retro Bakı”
layihəsində daha bir konsert proqramı
Bakı
Şəhər Mədəniyyət
və Turizm İdarəsinin mədəni
tədbirlərin təşkili
və yaradıcı gənclərlə iş üzrə mərkəzinin
təşkilatçılığı ilə həyata keçirilən “Retro Bakı”
layihəsinin konsertləri
davam edir.
İdarədən bildirilib ki, ötən həftəsonu
təşkil edilən
konsertdə tanınmış
müğənni Yaqut
Babayeva, gənc müğənnilər Aygün
Ağayeva, Mütəllim
Mütəllimov, Ülkər
Şahbazova, Mehman Tağıyev, Rüfət
Xəlil, “İstedad”
instrumental ansamblı və
“Azad” rəqs qrupu rəngarəng ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının
könüllərini oxşayıblar.
Oktyabr ayınadək davam edəcək layihənin məqsədi XX əsrin
60-70-ci illərində Bakıda musiqidə olan
dəbi yenidən canlandırmaq və paytaxt
sakinlərinin asudə vaxtının səmərəli
keçməsinə nail olmaqdır. Layihə
çərçivəsində hər şənbə və
bazar günü axşam saatlarında Fəvvarələr
meydanında müxtəlif konsert
proqramları təşkil olunur.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.5.