Lənkəranda “Multikulturalizm ili” çərçivəsində
sərgi
2016-cı ilin “Multikulturalizm
ili” elan olunması ilə bağlı Lənkəran
Turizm İnformasiya Mərkəzi və şəhər Mərkəzi
kitabxanasının təşkilatçılığı
ilə avqustun 12-də
sərgi keçirilib. Kitabxananın
qarşısında, açıq
havada təşkil olunan tədbirdə Lənkəran TİM-in direktoru
İlqar Əzimov,
MKS-nin direktoru Nuranə Nəsirova çıxış edərək
mədəniyyət və
turizm müəssisələrinin
birgə fəaliyyəti,
turizm məqsədli təşviqatda mədəniyyət
ocaqlarının rolu barədə danışıblar.
Sərgidə diyarşünaslığa, adət-ənənələrimizə
həsr olunmuş kitablar, xalq sənətkarlığı nümunələri
yer alıb. Eyni zamanda
Lənkəranın turizm
potensialını təbliğ
edən çap məhsulları və reklam çarxı nümayiş olunub.
Mərkəzi kitabxana və
Lənkəran Turizm İnformasiya
Mərkəzinin layihəsi üzrə yerli
sənətkarlığı daha geniş auditoriyaya təbliğ
etmək məqsədilə iki həftə
ərzində kitabxanada sənətkarlıq
sərgisi nümayiş etdiriləcək.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.5.