“Mənim yay tətilim”
Bakıda
uşaqların əl işlərindən ibarət sərgi
Bakıdakı Xətai Sənət Mərkəzində 3-12 yaşlı uşaqların əl işlərindən ibarət “Mənim yay tətilim” adlı rəsm sərgisi keçirilib.
Mərkəzin, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə layihəsi əsasında reallaşan müsabiqənin yekun sərgisində 120-dən çox uşağın müxtəlif mövzulu rəsmləri nümayiş olunub.
Layihənin məqsədi Azərbaycanın müasir incəsənətinin və rəssamlığının inkişafına, balaca istedadlı rəssamların üzə çıxarılması və onların tanıdılmasına təkan verməkdən ibarətdir.
Ekspozisiya maraqla
qarşılanıb. Sonda balaca
rəssamlar diplomlarla təltif edilib.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.6.