Fərəc Qarayevin əsəri
beynəlxalq festivalda ifa
olunacaq
Noyabrın 2-dən 6-dək Moskva Filarmoniyasının P.Çaykovski adına konsert zalında “Başqa məkan” (“Druqoye prostranstvo”) V Beynəlxalq Aktual Musiqi Festivalı keçiriləcək. Noyabrın 5-də festivalda Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin “1791” serenadası səsləndiriləcək.
Festivalda “1791” serenadası Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor - Xalq artisti Rauf Abdullayev) ifasında təqdim ediləcək.
Fərəc Qarayevin 1983-cü ildə yazdığı əsər ondan bir il əvvəl simfonik orkestr üçün bəstələdiyi “Mən Motsart ilə Praqada Karlov körpüsündə vidalaşdım” serenadasının variantıdır.
Musiqi tarixi ilə bağlılıq,
klassisizm ənənələri bəstəkarın
yaradıcılığında mühüm
yer tutur. “1791”
serenadasının premyerası 1984-cü il
martın 19-da Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi
Akademiyası) böyük zalında keçirilib. Əsər Rauf
Abdullayevin dirijorluğu
ilə konservatoriyanın opera
studiyasının kamera orkestri
tərəfindən ifa olunub.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.7.