Opera Balet Teatrı orkestrinin Almaniyada möhtəşəm çıxışı

 

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının simfonik orkestri Almaniyada növbəti qastrol səfərində olub Bavariyada keçirilən XX Qut-İmmlinq opera sənəti festivalında iştirak edib.

Teatrdan verilən məlumata görə, Avropada ən mötəbər musiqi festivallarından olan bu tədbirdə 34 ölkə təmsil edilib. Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının simfonik orkestri bu festivalda artıq 9-cu dəfə çıxış edib.

Orkestr festivalın Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülüb. Konsertdə məşhur vokalçılar - Mario Zhang, Vadim Kravets, Cefri Tarr, Cenifer Jakob, Reynhild Busmayer, Keyt Allen, Georgi Kirov, Deniz Yetim, Alin Stoika, Antonella Barnat, Əliəhməd İbrahimov, Simon Komasa başqaları çıxış ediblər. Proqrama C.Verdi, C.Puççini, C.Rossini, J.Bize, R.Leonkovallo, Ş.Quno, P.Maskanyi, P.Çaykovski, N.Rimski-Korsakov digər bəstəkarların əsərləri daxil edilib. Qala-konsertdə orkestri festivalın bədii rəhbəri baş dirijoru Korneliya fon Kerssenbrok azərbaycanlı dirijorlar - Xalq artisti Cavanşir Quliyev, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Murtuza Bülbül idarə ediblər.

Konsertdə dünya bəstəkarlarının musiqiləri ilə yanaşı, Azərbaycan simfonik musiqisinin ən yaxşı nümunələri - Üzeyir HacıbəylininKoroğluoperasından Koroğlunun ariyası, Q.QarayevinYeddi gözəl F.Əmirovun “Min bir gecəbaletlərindən parçalar, NiyazininQaytağı”sı Q.QarayevinPavanasimfonik qravürləri, habelə P.BülbüloğlununEşq Ölümbaletindən parça Azərbaycanəsəri səsləndirilib.

Konsertdən sonra festivalın təşkilatçıları - Lüdviq BaumanKorneliya fon Kerssenbrok azərbaycanlı musiqiçilərin ifasını yüksək dəyərləndirib, teatrın rəhbərliyinə, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.7.