Rusiyadan Bakıya növbəti infotur təşkil edilib

 

 

Mədəniyyət Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin təşkilatçılığı iləMoskovski komsomoletsqəzetinin nümayəndə heyətinin Azərbaycana səfəri gerçəkləşib.

Səfər çərçivəsində qonaqlar üçün Bakıda ekskursiyalar təşkil olunub. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya zamanı rusiyalı heyət Şirvanşahlar sarayı, Qız qalası digər məkanlarla maraqla tanış olublar.

Qonaqlar yerli mətbəxin növbənöv təamlarını da dadıblar. Həmçinin, çimərlik mövsümü ilə bağlı dənizkənarı gəzintilərə də üstünlük verilib.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.8.