Şəkiyə gələn turistlər atla gəzintiyə maraq
göstərirlər
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəzən yerli və xarici turistlərə bu yay mövsümünün başlanğıcından yeni xidmət növü - atla gəzinti də təklif olunur.
Mədəniyyət və Turizm şöbəsi və rayonun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin birgə layihəsi Şəkiyə gələn turistlər tərəfindən maraqla qarşılanır.
Turistlərə at üstündə gəzməyi Atçılıq mərkəzinin təcrübəli məsləhətçiləri öyrədir.
At təlimatçısı
Maşallah Namazovun
bildirdiyinə görə, atla gəzinti çox faydalı istirahət növüdür.
Şənbə və bazar günləri
müraciət edənlərin sayı daha
çox olur. Turistlər
əvvəlcə at minməyin ilkin vərdişlərinə yiyələnir,
daha sonra təlimatçıların
köməyi ilə qoruğun ərazisini
gəzirlər.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.9.