“Mədəni
turizm” layihəsi davam edir
Mədəniyyət və Turizm Nazirliyinin "ASAN Radio" ilə
birgə reallaşdırdığı
“Mədəni turizm” layihəsi uğurla davam edir. Veriliş
hər həftənin
çərşənbə günü saat 19:00-dan
20:00-dək efirdə olur.
Verilişin hazırlanmasının digər
vacib xüsusiyyətlərindən
biri də odur ki, istənilən
dinləyici Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyinə
veriliş vasitəsilə
canlı efirdə müraciət ünvanlaya
bilər.
Hazırda yay turizm mövsümü
olduğundan turizm mövzusu daha aktualdır və yay aylarında daha çox turizmin inkişafı, mövcud problemlər və gələcək perspektivlər mövzusuna
toxunulur.
Sentyabr ayından
etibarən isə mədəniyyət və
incəsənət müəssisələri
tətildən qayıtdıqdan
sonra verilişdə teatr, konsert, muzey və sərgi
salonlarına dəvətnamələr
təqdim ediləcək,
eləcə də Azərbaycanın zəngin
mədəni irsi, incəsənəti haqqında
geniş müzakirələr
aparılacaq.
Xatırladırıq ki, “Mədəni turizm” verilişinin ötən buraxılışında
qonaq qismində nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin
müdiri Vüqar Şixəmmədov iştirak
edib. Verilişdə son zamanlar əcnəbi
turistlərin Azərbaycana
səfəri haqqında
statistik rəqəmlər,
onların səfər
etdiyi bölgələr
və Azərbaycana turist axını barədə söhbət
açılıb.
Ənənəvi olaraq bu verilişdə də keçirilən
viktorinanın qalibi “Şahdağ”
Turizm Mərkəzinə 19-21 avqust tarixlərində 2 nəfərlik turist vauçeri
qazanıb.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.10.