Günay” studiyası beynəlxalq festivalda ölkəmizi təmsil edib

 

 

Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” studiyasının üzvləri Rusiyanın Soçi şəhərində keçirilən XX beynəlxalq “Yaradıcılığın Olimpində” festival-müsabiqəsindən beş mükafatla qayıdıblar.

Günay” studiyası beynəlxalq festivala müsabiqənin təşkilatçısı “İstedadların atəşfəşanlığı” Uşaq və Gənclər Yaradıcılıq Birliyi tərəfindən rəsmən dəvət edilib.

18 kollektivin qatıldığı müsabiqədə ölkəmiz 12 nəfərlik heyətlə təmsil olunub.

Kollektivimiz Azərbaycan incəsənətini beynəlxalq arenada layiqincə təmsil edərək teatr nominasiyası, yaradıcılıq, solo rəqs, ansambl və ən yaxşı kostyum nominasiyaları üzrə diplomlarla təltif edilib.

 

Mədəniyyət.- 2016.- 17 avqust.- S.10.