Salyandakı Heydər Əliyev Mərkəzinin
10 yaşı tamam olub
Avqustun 10-da Salyan rayonundakı Heydər Əliyev Mərkəzinin 10 yaşı tamam olub. 2006-cı ildə yaradılan mədəniyyət ocağında ulu öndərin həyat yolu və dövlətçilik fəaliyyətindən bəhs edən ekspozisiya var.
İki ekspozisiya zalındakı 9 bölmədə 180-ə yaxın fotoşəkil, 22 adda sənəd nümayiş olunur. Ümumilikdə mərkəzin fondunda 575 eksponat qorunub saxlanılır.
Mərkəzdəki elektron
kitabxana, şahmat, rəqs,
rəsm və xarici dil
dərnəklərində rayon gənclərinin
asudə vaxtının səmərəli təşkili üçün hər cür
şərait yaradılıb.
Mədəniyyət.- 2016.- 17
avqust.- S.11.