Tayvanda keçirilən festivalda Azərbaycan günü
Tayvanda iyulun
15-dən avqustun 15-dək Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu üzrə festival keçirilib. Festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin 11 nömrəli
onbirillik Musiqi məktəbi və Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət
məktəbinin şagirdlərindən
ibarət birləşmiş
“Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edib.
Festival çərçivəsində
Azərbaycan günü
keçirilib. Xalq çalğı alətlərindən
nağarada “Ritmlər”,
tarda “Şur”, kamançada “Mahur”, eləcə də qarmonda “Segah”, klarnetdə “Çahargah”,
pianoda “Bayatı-Şiraz”
muğamları və
“Aysel-Buta” rəqs qrupu tərəfindən “Yallı”, “Nəlbəki”,
“Naz eləmə” rəqsləri ifa olunub.
Tamaşaçılarla birgə Azərbaycanın
milli yaylıq atma oyunu keçirilib. Festivalda, həmçinin
ölkəmizin qədim
və zəngin mədəniyyətinin təbliği,
habelə rəqslərin
və milli geyimlərin nümayişi
tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Avqustun 7-də festival çərçivəsində Azərbaycan
mətbəxi günü də təşkil
olunub.
Mədəniyyət.- 2016.- 17 avqust.- S.12.