Musiqiçilərimiz Ərdəbildə
çıxış ediblər
Azərbaycan musiqiçiləri İranın Ərdəbil şəhərində geniş konsert proqramı ilə çıxış ediblər.
Konsertdə xanəndə-rəssam Vadod Moazzen, gitara ifaçısı Rəhman Məmmədli, bəstəkar-pianoçu Tural Məmmədli və tarzən Şəhriyar İmanov eyni səhnəni bölüşüblər.
İki gün davam edən konsert böyük maraqla qarşılanıb. Zəngin musiqi proqramında tamaşaçılara Azərbaycan xalq və bəstəkar mahnıları təqdim edilib.
Qeyd edək ki,
bundan əvvəl musiqiçilərimiz
İranın paytaxtı Tehranda konsert vermişdilər. Musiqi
turuna Urmiya şəhərində
konsert də daxildir.
Mədəniyyət.- 2016.- 17 avqust.- S.12.