Azərbaycan beynəlxalq tədbirlər üçün inkişaf
edən məkandır
Azərbaycan Konqreslər Bürosu
tərəfindən ölkəmizə cəlb olunan
daha bir mötəbər
tədbir keçiriləcək
29-31 avqust tarixində Azərbaycan Konqreslər Bürosunun ölkəmizə gətirdiyi daha bir beynəlxalq tədbir - Enerji İqtisadiyyatları Beynəlxalq Assosiasiyasının (İAEE) “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı keçiriləcək.
Konfransda əsas diqqət Xəzər regionu enerjisi ilə bağlı iqtisadi məsələlərə yönəldiləcək və bu mövzu ətrafında müzakirələr aparılacaq.
Müzakirə olunacaq mövzular arasında son zamanlar neftin ucuzlaşması və ucuz neft fonunda Xəzər regionunun Avropa və dünya bazarlarında əsas enerji tədarükçüsü olaraq qalması, neft və təbii qazın qiymət dinamikası və digər məsələlər yer alacaq. Xəzər regionunun zəngin neft və qaz ehtiyatlarının kəşfiyyatı, regionda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, regional enerji təhlükəsizliyi mövzuları ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan başqa, konfransda neft iqtisadiyyatı, enerji geosiyasəti, regional enerji bazarları, davamlı inkişaf üçün enerji siyasəti, enerji qənaətli tələbi iqtisadi artım, elektrik enerjisi sahəsində işbirliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər də müzakirə ediləcək.
İAEE-nın prezidenti, professor Gürkan Kumbaroğlu bildirib ki, konfransda 24 ölkədən 65 nümayəndənin çıxışı nəzərdə tutulub. Bundan başqa, konfrans çərçivəsində “İnsan resursları” və “Elektrik xidmətləri” mövzularında iki müsabiqə keçiriləcək. Onun sözlərinə görə, İAEE Azərbaycan və Orta Asya regionlarının enerji qaynaqlarından birgə bəhrələnmək imkanlarının təhlilinə ehtiyac duyur: “Odur ki, ən yaxın zamanlarda bu mövzuya dair elmi konfrans keçirmək niyyətindəyik”.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin
nəzdində fəaliyyət göstərən Azərbaycan
Konqreslər Bürosu 2013-cü ildə
ölkəmizə irimiqyaslı beynəlxalq tədbirlərin
cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin
keçirilməsi üçün inkişaf edən məkan kimi
təbliğ və təqdim etmək və s. bu kimi
biznes əhəmiyyətli işlərin həyata
keçirilməsi məqsədilə yaradılıb.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.3.