Ötən ay ölkəmizə
Birləşmiş Ərəb Əmirliklərindən 10 mindən
çox turist gəlib
Bu ilin əvvəlindən Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn turistlərin sayında əsaslı artım baş verib. 2016-cı ilin yanvar-iyun aylarında bu ölkədən respublikamıza 10 min 86 turistin gəldiyi barədə məlumat vermişdik.
İyul ayında isə BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 min 73 nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.
Bu, son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.
Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş
Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında müqavilə
əsasında sözügedən ölkədə nazirliyin təmsilçi ofisi
fəaliyyət göstərməkdədir. 2011-ci ildən
etibarən şirkət Körfəz ölkələrindən
turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin
artırılması, turistlərin ölkəmizə səyahət
etməsinin stimullaşdırılması, regionda
Azərbaycanın maraqlarının şirkət tərəfindən
təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində
təbliğat və təşviqat kampaniyalarının təşkil
olunması, müxtəlif turların təşkil edilməsi kimi işlər görüb.
Təsadüfi deyil ki,
2015-ci il ərzində Fars
körfəzi ölkələrindən Azərbaycana gələn
xarici vətəndaşların sayında
57,5 % artım baş verib.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.3.