Paytaxtımızda yapon mədəniyyəti günü

 

 

Avqustun 21-də Bakıda Yaponiya mədəniyyəti günü keçiriləcək. “Made in Japan” adlı tədbir çərçivəsində yapon rəqsi, musiqiləri, səhnəciklər, yapon döyüş sənəti, oyunlar, yarışlar, oriqami, suşi və digər maraqlı əyləncəli oyunlar nümayiş ediləcək.

Yapon.az saytının təşkilatçılığı ilə gerçəkləşəcək tədbirin məqsədi Yaponiyaonun mədəniyyəti ilə maraqlananları bir araya toplamaqonlara yapon mədəniyyəti haqqında daha çox məlumat verməkdən ibarətdir.

Tədbirə giriş ödənişsizdir.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.3.