Kolumbiyalı diplomat Milli Kitabxana ilə tanış olub
Kitabxanaya üzv yazılan diplomat fonddan bəhrələnəcəyini söyləyib
Avqustun
17-də Kolumbiyanın ölkəmizdəki
müvəqqəti işlər
vəkili xanım
Marta Galindo
A.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Direktor Kərim
Tahirov qonağı salamlayaraq ona kitabxana haqqında məlumat verib.
Diplomat Azərbaycanda olmağından
məmnunluğunu ifadə
edərək mədəniyyətimizə,
incəsənətimizə, ədəbiyyatımıza və
mətbəximizə olan
marağından söz
açıb.
Sonra qonaq kitabxana ilə tanış
olub. Direktor müavini Ədibə
İsmayılova xanım
Marta Galindo Penaya kitabxananın
fondu və xidmət sahələri, bu yaxınlarda fəaliyyətə başlayan
“Açıq kitabxana”
layihəsi haqqında
ətraflı məlumat
verib.
Nadir kitablar və kitabxananın muzeyi şöbəsi ilə yaxından tanış olan kolumbiyalı diplomat kitabxanaya üzv olaraq fonddan bəhrələnəcəyini söyləyib. O, açıq kitabxanada rəy kitabına ürək sözlərini yazıb.
Sonda Marta
Galindo Penaya Milli Kitabxana haqqında,
ölkəmizin mədəni irsi ilə
bağlı müxtəlif dillərdə çap
olunmuş nəşrlər hədiyyə
edilib.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.4.