“Media din” mövzusunda konfrans keçirilib

 

 

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 2016-cı ilMultikulturalizm iliçərçivəsində “Media din” mövzusunda konfrans keçirilib.

Dövlət komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu gün dini mövzuda yazan kifayət qədər jurnalist var. Lakin jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı bu mövzuya həssaslıqla yanaşmalıdırlar. Hazırlanan yazılarda xalqın dini inancı ilə bağlı daxili senzuraya riayət edilməlidir.

Qeyd olunub ki, Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çoxkonfessiyalı ölkədir burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Azərbaycanda dövlət-din münasibətlərinin həyata keçirilməsində qarşıda iki mühüm vəzifə dayandığını bildirən Mübariz Qurbanlı bunlardan birincisinin dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək burada medianın rolunu artırmaq, digərinin isə dini xurafata qarşı mübarizə aparmaqdan ibarət olduğunu qeyd edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu cür konfransların keçirilməsinin əhəmiyyətini önə çəkərək bildirib ki, Azərbaycan tolerant ölkədir respublikamızda mövcud olan bu mühitin təbliğində medianın rolu böyükdür. O qeyd edib ki, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrimizin fəaliyyəti xüsusi önəm daşıyır.

Azərbaycanqəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov milli mənəvi dini dəyərlərimizin təbliğ təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşdüyünü deyib. Bildirib ki, jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə ekstremizmə qarşı tənqidi mövqelərini açıq-aydın şəkildə nümayiş etdirməlidirlər.

Çıxışlarda qeyd olunub ki, dini mövzuda yazmaq vicdanla, insani duyğularla bağlı məsələdir. Jurnalistlər arasında bu sahədə ixtisaslaşmanın aparılması vacibdir.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Mövcud dini durummedia”, ADA Universitetinin müəllimi, dinşünas-alim Nəriman Qasımoğlu isə “Dinlərdə multikultural dəyərlər və onun mediada təbliği” mövzularında çıxış ediblər. Tədbir işini müzakirələrlə davam etdirib.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.4.