Köşkfilminin çəkilişləri yekunlaşıb

 

 

Torpağından didərgin düşmüş azərbaycanlı və gürcü gənclərin sevgi hekayəti

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Köşk” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan bildirilib ki, filmin süjet xətti müharibədə öz torpaqlarını, sevdiklərini və evlərini itirmiş iki gəncin, azərbaycanlı Azər və gürcü qızı Leylanın arasındakı sevgi əhvalatından bəhs edir. Filmin çəkilişləri Azərbaycanda və Gürcüstanda aparılıb.

Romantik komediya janrında olan filmin ssenari müəllifləri İmir Məmmədli, Mirsadıq Ağazadə, quruluşçu rejissoru Mirsadıq Ağazadə, quruluşçu operatorları Elxan Rüstəmov, Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə rolları Sənan Əlləz, Nini İaşvili, Zaza Asanişvili, Kamran Şahmərdan və digərləri canlandırırlar.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.7.