Şamaxıya 10 minə yaxın xarici turist gəlib
Azərbaycanın qədim yaşayış
bölgələrindən olan
Şamaxı son illər
turistlərin diqqətini
daha çox cəlb edir. Rayon İcra Hakimiyyətindən
verilən məlumata görə, cari ilin ötən dövründə Şamaxıya
58 min 780 turist gəlib.
Bu da ötən
ilin müvafiq dövründəkindən 6 min 628 nəfər çoxdur.
Bu il Şamaxıya
gələn xarici turistlərin sayı
2015-ci ilə nisbətən
2 min nəfər artaraq
10 mini ötüb. Onlar ərəb
ölkələrindən, Çexiya,
Yaponiya, Meksika, İran, Türkiyə və Rusiyadan, habelə Orta Asiyadandır.
Turistlərə “Şamaxı Palace”, “Sakit göl” istirahət mərkəzlərində,
“Göy qurşağı”,
“Şirvan göl” hotellərində yüksək
səviyyəli xidmət
göstərilir.
Zəngin flora və faunaya malik Şamaxıda antik və orta əsr tarixi abidələri nəinki yerli,
habelə xarici turistlərin
marağına səbəb olur. Qeyd edək ki, bölgədə
60-a yaxın bu cür
abidə var.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.8.