Lənkərana gələn turistlərin sayı artır
Respublikamızın digər bölgələri
kimi, Lənkəranda da müasir turizm infrastrukturunun qurulması, xidmət səviyyəsinin yaxşılaşdırılması
istirahət obyektlərinə
üz tutan turistlərin sayının
artmasına zəmin yaradır.
Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimovun bildirdiyinə görə,
artım həm yerli, həm də xarici turist sayında müşahidə olunur. Bölgəyə gələn xarici turistlərin arasında Rusiya və İran vətəndaşları
üstünlük təşkil
edir.
Lənkəranın turizm imkanlarının təbliği məqsədilə
görülən tədbirlər də müsbət nəticə
verir, turistlər üçün
mütəmadi olaraq müxtəlif məzmunlu
tanıtım bukletləri, digər çap
materialları hazırlanaraq yayılır.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.9.