ABŞ-ın Konqres
Kitabxanasından hədiyyə kitab
Beynəlxalq kitab mübadiləsi çərçivəsində ABŞ-ın Konqres Kitabxanası tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına Almaniyanın Humboldt Universitetinin Afrika tarixi üzrə tədqiqatçısı Julia Tisçlerin multikulturalizmdən bəhs edən kitabı hədiyyə olunub.
Kitabxanadan bildirilib ki,
kitabda 1950-ci illərin sonlarında Afrikada o dövr
üçün ən məşhur layihələrdən
biri hesab edilən, bugünkü Zambiya və
Zimbabve arasındakı Zambezi
çayı üzərində “Kariba” su anbarının tikintisində iştirak etmiş müxtəlif
irqə, mədəniyyətə mənsub millətlərin
birgə fəaliyyəti və yaşayışından
bəhs edilir.
Mədəniyyət.- 2016.- 19
avqust.- S.10.