Tələbə rejissorların filmləri nümayiş olunub

 

 

YARAT Müasir İncəsənət Məkanında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, gənc rejissor Məhəmməd Nəsirli və Orxan Rüstəmlinin ekranlaşdırdığı üç qısametrajlı filmə baxış keçirilib.

Ümid”, “Həqiqət” və “Hədiyyə” adlı ekran əsərləri tamaşaçılara Azərbaycan dilində təqdim olunub.

Filmlərdə ailə-məişət sıxıntıları, müharibə illərinin yaratdığı problemlər və Qarabağ müharibəsi zamanı yaşananlar ön plana çəkilir.

Ümidfilmi gənc oğlan tərəfindən hörmətsizlik olunan qocaman veteranın bu xoşagəlməz hadisədən sonra məyus olub keçdiyi müharibə dövrünü, cavanlıq illərini xatırlamasından bəhs edir.

“Həqiqət” filmində hadisələr Bakıdan Qarabağa gələn jurnalistin baş verən hadisələri xalqadünyaya çatdırmaq istəyi ətrafında cərəyan edir.

“Hədiyyə” filmində isə Balaca Muradın həyat hekayəsi nəql olunur. Ekran əsərinin qəhrəmanı, körpə ikən atasını itirən 10 yaşlı Murad həyatın bütün çətinliklərini öz çiyinlərində daşıyır, yataq xəstəsi olan anasına və kiçik bacısına baxır.

Qeyd edək ki, xronometrajı müvafiq olaraq 5, 23 və 6 dəqiqə olan filmlər maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 19 avqust.- S.12.